Boliviya lideri avropalıları bağışlayıb
25 iyul 2013 07:09 (UTC +04:00)

Boliviya lideri avropalıları bağışlayıb

Boliviyanın prezidenti Evo Morales Avropa dövlətlərinin üzrxahlığını qəbul etdiyini bildirib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu ilin iyununda onun təyyarəsinə bir sıra Avropa dövlətləri hava məkanlarından uçmağı yasaqlamışdı.

 

Fransa, Portuqaliya, İspaniya və İtaliya həmin təyyarədə ABŞ-ın keçmiş kəşfiyyatçısı Edvard Snoudenin olduğundan şübhələndiklərini bildirdmişdi.

 

Boliviya lideri bildirib ki,  bu üzrxahlıqların onu qane etməsə də, avropalıları bağışlayır.

 

Xatırladaq ki,baş vermiş olaydan sonra həmin dövlətlərin rəhbərliyi yanlış informasiya ucbatından belə bir addım atdıqlarını və buna görə üzrə istədiklərini bəyan etmişdilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450

Oxşar yazılar