BMT Təhlükəsizlik Şurasının (TŞ) 5 daimi nümayəndəsinin görüşü başa çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Nyu-Yorkda keçirilən görüşdə Suriyadakı vəziyyətin müzakirə edildiyi güman olunur.
Rusiya diplomatik missiyasında bir saat davam edən görüşün sonunda diplomatlar şərh verməkdən boyun qaçırıb.