BMT suriyalı qaçqınlara yardımı dayandıra bilər
11 aprel 2013 04:49 (UTC +04:00)

BMT suriyalı qaçqınlara yardımı dayandıra bilər

BMT qonşu dövlətlərə sığınmış suriyalı qaçqınlara yardım etmək üçün vəsaitin tükənmək üzrə olduğunu bildirib.

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, Livan ərazisindəki 400 min qaçqına yardım bu günlərdə dayana bilər.

«Böhran elə şiddətlə inkişaf edir ki, beynəlxalq ictimaiyyət qaçqınların humanitar ehtiyacı ödəməkdə cətinlik çəkir. Biz böhran həddinə çatmışıq. Əgər vəsait daxil olmazsa, o zaman biz resursların yönədilməsi ilə bağlı düşünməliyik» -deyə, BMT-nin suriyalı qaçqınların işi üzrə  əlaqələndiricisi Panos Mumtzis bildirib.

Qurumun qaçqınların işi üzrə Livandakı təmsilçisi Ninet Kellinin sözlərinə görə, onun nəzarəti altında olan qaçqınlar ərzaqdan, içməli Sudan, tibbi xidmətdən məhrum olunublar. «Bundan başqa məktəblər bağlanıb, sərhədi yenicə keçənlərə isə çadırsız qalıb» - deyə, o bildirib.

BMT-nin məlumatına əsasən, 1.3 milyon suriyalı qaçqın Livan, Türkiyə, İordaniya və İraqa sığınaraq, orada rəsmi qeydiyyatdan keçiblər. Ancaq əslində onların sayının daha çox olduğu istisna edilmir. 4 milyon insan isə öz evini tərk edərək, Suriyada qalıb.

«Ötən ilin qaçqınların sayı 30 min nəfər idi. Bu il isə onların sayı 1,3 milyona çatıb. 2013-cü ilin iyununadək bu göstəricinin 1,1 milyonda artacağı gözlənilir. Qaçqınların 4-də 3-ü qadın və uşaqdır»-deyə, Mumtzis bildirib.

 

# 291
avatar

Oxşar yazılar