BMT Suriya qaçqınlarına 50 milyon ayırıb
14 sentyabr 2013 05:43 (UTC +04:00)

BMT Suriya qaçqınlarına 50 milyon ayırıb

BMT suriyalı qaçqınlara humanitar yardım məqsədi ilə 50 milyon dollar ayırıb.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, BMT baş katibinin humanitar məsələlər üzrə müavini Valeri Amos bildirib ki, bu məbləğin 20 milyon Suriyada ehtiyacı olanlara, 15 milyonu Livan, 10 milyonu İraq, 5 milyonu isə İordaniya ərazisindəki suriyalı qaçqınların humanitar ehtiyaclarına xərclənəcək.

 

Mənbə xatırladıb ki, 2011-ci ilin martından, münaqişə başlayandan, Suriyada yüz mindən çox insan həlak olub, 4,2 milyon çox suriyalı ev-eşiyindən didərgin düşüb. Onların 2 milyonu qonşu dövlətlərin ərazisinə sığınıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 423

Oxşar yazılar