BMT Suriyada kimyəvi silah tətbiqini araşdıracağına ümid edir - YENİLƏNİB
22 avqust 2013 03:41 (UTC +04:00)

BMT Suriyada kimyəvi silah tətbiqini araşdıracağına ümid edir - YENİLƏNİB

Suriyada kimyəvi silahını tətbiqi ehtimalına həsr olunmuş BMT Təhlükəsizlik Şurasının iki saatlıq təcili yığıncağından sonra baş katibin müavini Yan Eliasson bildirib ki, qurum olayın yerində araşdırılacağına ümid edir.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, deyib ki, BMT-nin Dəməşqdəki mütəxəssislərdən ibarət qrupu bu işi yerindəcə araşdıra bilər.

 

«Biz ümid edirik ki, onları hakimiyyət tərəfi həmin rayon ərazisinə buraxacaq» - deyə, baş katibin müavini söyləyib. Onun sözlərinə əsasən, təhlükəsizlik baxımından hələlik onlar bu icazəni ala bilməyib və bundan ötrü zorakılıq dayandırılmalıdır.

 

 

 

***

22.44

Avqustun 21-də Suriyada kimyəvi silahın tətbiqi ehtimal üzrə  BMT Təhlükəsizlik Şurası qapalı məşvərət toplantısı keçirəcək.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda qurumun baş katibi Pan Ge Munun təmsilçisi açıqlama verib.

 

O, yığıncağın yerli vaxtla saat 15.00-da (Bakı vaxtı ilə gecə 12-də)başlayacağını söyləyib.

 

Yığıncaq şuranın 15 üzvündən 5-nin ABŞ, Britaniya, Fransa, Lüksemburq və Cənubi Koreyanın birgə sorğusu əsasında çağırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 524
avatar

Oxşar yazılar