BMT ABŞ-ı Quantanamonu bağlamağa çağırıb
06 aprel 2013 03:10 (UTC +04:00)

BMT ABŞ-ı Quantanamonu bağlamağa çağırıb

BMT-nin insan haqları üzrə ali komissarı Navi Pillay ABŞ parlamentinin bütün qollarını Quantanamo həbsxanasını bağlamağa çağırıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, həmin islah müəssisəsində beynəlxalq hüquq pozulduğunu qeyd edib.

 

4 il öncə Pillay prezident Barak Obamanın Kuba ərazisindəki hərbi bazanın ərazisindəki həbsxananı bağlayacağı ideyasını alqışlamışdı.  

 

O, bugünkü vəziyyətdən, verilən sözə əməl olunmamasından təəssüfləndiyini bildirib.

 

Hazırda Quantanamoda terrorçuluqda şübhəli bilinən 160 məhbusun bir neçəsi 10 ildir oradadır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 578

Oxşar yazılar