BMT-nin ekspert qrupu Suriyada kimyəvi silah tətbiqinə dair sübutlar tapıblar.
Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, BMT ekspertləri bu qənaətə gəliblər ki, Dəməşqin Quta qəsəbəsində kimyəvi hücum zamanı zarin qaz ilə təchiz edilmiş “Yer-yer” tipli raketdən istifadə edilib.
BMT ekspertləri Suriyaya avqustda gəliblər. Ekspertlər Dəməşq ətrafında zərər çəkənləri dinləyib, bioloji təhqiqat aparıb və zəhərləyici maddə tətbiqinə dair faktlar aşkarlayıblar. Ekspert qrupu tərəflərdən hər hansı birini kimyəvi hücumda günahlandırmaq səlahiyyətinə malik deyil.
Heabat bu gün Pan Gi Mun tərəfindən Təhlükəsizlik Şurasına təqdim olunacaq.