BMT-nin İraqdakı təmsilçiliyi bildirib ki, son 5 ildə cari ilin apreli bu ölkə üçün ən qanlı keçib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə,qurum bildirib ki, apreldə 700 nəfər öldürülüb, onların 400-dən çoxu dinc əhalidir.
İraq Daxili İşlər Nazirliyinin statistikasına əsasən, apreldə ölkədə 240 nəfər öldürülüb.
Aprelin sonunda polislə Kərkükdəki yaraqlılar arasındakı qarşıdurma qətlə yetirilənlərin sayının artmasına səbəb olan amillərdən sayılır.