BMT: «Pakistanda humanitar təhlükə gözlənilir»
05 may 2013 00:37 (UTC +04:00)

BMT: «Pakistanda humanitar təhlükə gözlənilir»

BMT Pakistanda humanitar böhran təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

 

Lent.az-ın məlumatına görə, qurumun hesabında bildirilib ki, cari il martın ortalarında 70 min insan Əfqanıstanla sərhəddə mübahisəli ərazidəki evlərini tərk etməyə məcbur olub. Sənəddə onların humanitar yardıma ehtiyacı olduğu vurğulanıb.

 

Son aylar həmin rayonda Pakistan və Əfqanıstan hərbçiləri, eləcə də hərbçilərlə yaraqlılar arasında silahlı qarşıdurma yaşanıb.

 

Əfqanıstan prezidenti Həmid Karzay bir müddət öncə bildirib ki, 1893-cü ildə Britaniya müstəmləkəçilərinin təbəələri yaşadığından həmin ərazidəki sərhəd heç vaxt tanınmayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 420
avatar

Oxşar yazılar