BMT: «İraqda terakt qurbanlarının sayı azalıb»
02 iyul 2013 06:19 (UTC +04:00)

BMT: «İraqda terakt qurbanlarının sayı azalıb»

BMT-nin İraqdakı təmsilçiliyi ölkədə mülki vətəndaşlara qarşı zor tətbiqini araşdırır. İlkin hesablamalara əsasən, iyunda həlak olanların sayı mayla müqayisədə azalıb.

 

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, cari ilin iyununda 685 mülki vətəndaş terror aksiyalarının qurbanı olub. 1610 nəfər isə yaralanıb.

 

Təmsilçilik bildirib ki,  Bağdadda 950 nəfər xəsarət alıb (258 nəfər həlak olub. 692 nəfər yaralanıb). Qurbanlarının sayına görə sonrakı yerlərdə Səlahəddin, Diyal və Ənbər gəlir.

 

Kərkük, Babil, Vasitə, Bəsrə, nəcəf də onlarla qurban qeydə alınıb.

 

Qurumun məlumatına əsasən, mayda isə ölkə üzrə 963 nəfər terror aksiyaları nəticəsində həlak olub, 2 min 191 nəfər isə yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 390
avatar

Oxşar yazılar