BMT: «Əfqan qadınlarının taleyi tükdən asılıdır»
30 iyul 2013 06:37 (UTC +04:00)

BMT: «Əfqan qadınlarının taleyi tükdən asılıdır»

BMT-nin Qadınlara qarşı diskriminasiya Komitəsi Əfqanıstan qadınları ilə bağlı hesabat yayıb. Lent.az-ın məlumatına görə, həmin sənəddə bildirilib ki, 2014-cü ildə beynəlxalq hərbi qüvvələr ölkəni tərk etdikdən sonra əfqan qadınlarının çoxu təhlükə ilə üz-üzə qalacaq.

 

Komitə bəyan edib ki, əfqan qadınlarının çoxu məişət zorakılığı ilə qarşılaşır, onlar məcburi nikaha cəlb edilir, zorlanır, hətta daş-qalaq olunurlar.

 

Hesabata əsasən, nikahdan boyun qaçıran qadınlar özünü yandırmaqla intihara məcbur edilirlər.

 

Komitənin başçısı Nikol Amelin bildirib ki, əgər beynəlxalq ictimaiyyət ölkədə qadınların haqlarının qorunmasını təmin edə bilməzsə, onda Əfqanıstana sərf edilmiş bütün səylər nəticəsiz olacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 878

Oxşar yazılar