Son bir gündə İraqda yaraqlıların çeşidli basqınları nəticəsində 30-dan çox insan həlak olub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Hədit şəhəri yaxınlığındakı Keçid-Nəzarət Məntəqəsində baş vermiş atışma nəticəsində 3 hərbçi həyatını itirib.
Bu rayonda neft kəmərlərini mühafizə edən 14 polis qətlə yetirilib.
Daha 10 nəfər isə Müktədiyə şhərində törədilmiş iki partlayışın qurbanı olub.