Bir gecədə 21 nəfər edam edildi
18 aprel 2013 13:00 (UTC +04:00)

Bir gecədə 21 nəfər edam edildi

İraqda 21 nəfər bir gecədə edam edilib. Lent. az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu ilin 4 ayı ərzində edam edilənlərin sayı  50 nəfərə çatıb.

 

Beynəlxalq Əfv Təşkilatının verdiyi açıqlamada qeyd olunur ki, İraq dünyada insanların ən çox edam olunduğu ölkədir.

 

Qeyd edək ki, ötən gecə edam olunan 21 nəfər terror, sui-qəsd hadisələrində təqsirkar bilinirlər. Həmin şəxslərdən  5 nəfərinin baş nazir Nuri Malikiyə sui-qəsd etdiyi üçün edam olunduğu vurğulanır.

# 1380
avatar

Oxşar yazılar