ABŞ-ın Tehrana qarşı sanksiyaları daha da sərtləşdirməsinə baxmayaraq, İranla Türkiyə arasında qızıl ticarətinin həcmi artıb.
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə fevral ayında İrana təqribən 120 milyon dollar dəyərində qızıl ixrac edib.
Qeyd edək ki, İran qazının əsas müştərilərindən olan Türkiyə bu ölkədən satın aldığı “mavi yanacağ”ın qiymətini türk lirəsi ilə ödəyir. ABŞ isə Türkiyəni 6 ay müddətinə İrana qarşı sanksiyalardan azad edib.