Binyamin Netanyahu əməliyyat üçün təcili xəstəxanaya aparıldı
11 avqust 2013 04:50 (UTC +04:00)

Binyamin Netanyahu əməliyyat üçün təcili xəstəxanaya aparıldı

İsrailin baş naziri Binyamin Netanyahu qarın nahiyəsində kəskin ağrılar səbəbindən Qüdsdəki xəstəxanaların birinə aparılıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Netanyahunun şəxsi həkimi ona “mədə dəbəliyi” diaqnozu qoyub.   

 

Müvafiq müayinələrdən sonra həkimlər əməliyyat etməyə qərar veriblər. Bir saatlıq əməliyyat yerli (lokal) narkoz altında aparılması planlaşdırılır. Məlumata görə, ümumi narkoz tətbiq olunacağı təqdirdə baş nazirin səlahiyyətlərini müvəqqəti müdafiə naziri Moşe Yaalon icra edəcək.

 

Netanyahunun xəstəxanadan buraxılması artıq avqustun 11-də günün ikinci yarısında gözlənilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 796

Oxşar yazılar