Bidzina İvanişvili  Gürcüstan - Rusiya münasibətlərindən danışdı
08 avqust 2013 21:50 (UTC +04:00)

Bidzina İvanişvili  Gürcüstan - Rusiya münasibətlərindən danışdı

Hazırkı mərhələdə Rusiya ilə diplomatik əlaqələrin bərpası məsələsi gündəmdə yoxdur.


 

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Qoridə Gürcüstanın baş naziri Bidzina İvanişvili bəyan edib.   

 

“Rusiya ilə diplomatik əlaqələrin bərpası məsələsi yalnız iki ölkə arasında münasibətlərin bərpası prosesində və Gürcüstanın dinc yolla birləşdirilməsində əhəmiyyətli irəliləyiş olduqda gündəmə çıxarıla bilər”, deyə baş nazir bəyan edib.

 

“Gürcüstan Rusiya ilə münasibətlərin normallaşdırılmasının yollarını axtarmağa davam edəcək. Keçən ilin sonunda biz Rusiya ilə birbaşa dialoqa başladıq və bir sıra konkret praqmatik məsələlərin həllini qarşımıza məqsəd qoyduq”, deyə İvanişvili bəyan edib. Onun sözlərinə görə, “iki xalq arasında mehriban münasibətlərin olması  Gürcüstan-Rusiya əlaqələrinin normallaşdırılması prosesinin pozitiv getməsinə ümid verir”.  

 

İvanişvili qeyd edib ki, Gürcüstanın beynəlxalq tərəfdaşları Tbilisinin Moskva ilə birbaşa dialoqun başlanması istiqamətində addımlarını müsbət qarşılayıb. “Biz ABŞ, AB və beynəlxalq təşkilatların Gürcüstan-Rusiya əlaqələrinin normallaşdırılması prosesinə dəstək verəcəklərinə ümid edirik”, deyə baş nazir qeyd edib. 


 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 568
avatar

Oxşar yazılar