Bu gün “Hizbullah” hərəkatının Livanın paytaxtı Beyrutda qalası sayılan Dahiye bölgəsində partlayış törədilib.
Lent.az-ın Tükiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bomba yüklü avtomobillə törədilən partlayış nəticəsində onlarla insan ölüb və yaralanıb.
Livan telekanalları partlayıqdan sonra bölgədə böyük yanğının başladığı, dumanların yüksəldiyi barədə xəbərlər yayır.
Qeyd edək ki, “Hizbullah” hərəkatı Suriyada Bəşər Əsəd rejiminə açıq dəstək verir, döyüşçüləri Suriya ordusu ilə birlikdə müxaliflərə qarşı keçirilən hərbi əməliyyatlara qatılır.