Beynəlxalq hüquq müdafiəçisi «Amnesty International» ABŞ prezidenti Barak Obamadan «Wikileaks»-in informatoru Bredli Menningin cəzasını yüngülləşdirməyə çağırıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, hüquq müdafiəçilərinin məsələyə dair yaydığı bəyanatda bildirilib ki, Obama Meningin həbs müddətini azalmalıdır. Onlar ABŞ ordusu kapralının istintaq müddətində saxlanıldığının nəzərə alınmasını istəyib.
«Onu dəmir barmaqlılar arasına salmaq üçün mübarizə aparmaqdansa, ABŞ hakimiyyəti məmurların terrorçuluq təhlükəsi adı altında insan haqlarını pozmasının qarşısını almalıdır»-deyə, təşkilatın rəhbərlərindən biri Uidni Braun bildirib.