BƏT Özbəkistanda pambıq kampaniyasında monitorinq aparacaq
21 iyul 2013 07:12 (UTC +04:00)

BƏT Özbəkistanda pambıq kampaniyasında monitorinq aparacaq

BƏT Özbəkistanda pambıq kampaniyasında monitorinq aparacaq

Beynəlxalq Əmək Təşkilatı (BƏT)2013-cü ildə pambıq yığımına müşahidəçilərin buraxılmasına dair Özbəkistan rəhbərliyi ilə razılıq əldə edib.

 

Lent.az-ın «Ferqana»-ya istinadən məlumatına görə, ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Ceyn Zimmerman bu haqda açıqlama verib.

 

Əvvəllər BƏT-ə uyğun sahədə monitorinqin aparılmasına icazə verilmirdi. Yerli hakimiyyət məcburi uşaq əməyindən istifadənin sənədləşdirilməsinə mane olurdu.

 

Mənbənin məlumatına əsasən, hər il Özbəkistanda pambıq yığımı kampaniyası zamanı büdcə təşkilatları(həkimlər, müəllimlər), tələbələr, eləcə də məktəblilər bu işə cəlb olunur.

 

Pambıq kampaniyasından imtina edən büdcə təşkilatlarının işçiləri iş yerlərini itirəcəkləri və tələbələr ali məktəblərdən qovulacaqları ilə hədələnir.

 

Ancaq hüquq müdafiəçilərinin çoxsaylı etirazları, habelə uşaq əməyindən istifadə görə əcnəbilərin Özbəkistan pambığından istifadə olunan geyimləri boykot etməsi ölkə rəhbərliyinin sovetlərdən qalma ənənədən əl çəkməyə  vadar edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580
avatar

Oxşar yazılar