Rumıniyanın dövlət başçısı Trayan Besesku ikinci prezidentlik müddəti başa çatdıqdan sonra Moldovanın vətəndaşı olmaq niyyətindədir.
Lent.az-ın məlumatına görə, o, bu haqda «Romıniya lirebe» qəzetinə müsahibəsində bildirib.
«Mən istərdim ki, bütün rumınlar bir dövlətdə yaşasın, bir ölkənin vətəndaşı olsun. Prezident səlahiyyətlərim bitdikdən sonra Moldova vətəndaşı olmağıma sevinərdim. Əgər Prut çayının hər iki sahilindəki rumınların bir ölkənin vətəndaşı mümkün olmazsa, onda mən ikili vətəndaşlığımın olmasını istərdim»-deyə, Rumıniya prezidenti söyləyib.
Bununla belə o, qeyd edib ki, Moldovada siyasətlə məşğul olmaq niyyətində deyil.
Bu il iyulun 17-də Besesku Moldovaya səfəri zamanı Kişşnevun valisi, iki dövlətin birləşməsi tərəfdarı Dorin Kirtoake Rumıniya prezidentinə Moldova vətəndaşlığı verilməsi təklifini irəli sürüb.
Hətta, görüş zamanı vali Beseskuya «Kişniev valiliyində Moldovaya sadiqlik andı içməsi» təklifini də edib.
Qeyd edək ki, Rumıniya və Moldovanın aparıcı etnosu bir millətdir. Keçmiş SSRİ dağılan illərdə hər iki tərəfdən birləşmə istiqamətində çeşidli addımlar atılmışdı. Ancaq sonra məsələ gündəlikdən çıxarıldı.