Konqres Suriya müxaliflərinin silahlandırılmasını məhdudlaşdırdı
ABŞ Nümayəndələr Palatası və Senatının Kəşfiyyat üzrə Komitəsi suriyalı müxaliflərə hərbi yardıma qadağa qoyub.
Lent.az-ın “The Hill” qəzetinə istinadən verdiyi məlumata görə, qərar suriyalı müxaliflərin maliyyələşdirilməsinə də ciddi məhdudiyyətləri nəzərdə tutur.
ABŞ qanunverici orqanının nümayəndələri silahların terrorçu qrupların, o cümlədən “Əl-Qaidə” terror təşkilatı ilə bağlı olan qrupların əlinə düşməsindən ehtiyatlandıqları üçün belə qərar qəbul etdiklərini bildiriblər. Komitə üzvləri hesab edirlər ki, Barak Obama administrasiyası Suriya müxalifətinin silahlandırılması barədə planla bağlı ətraflı düşünməyib və Suriyaya göndərilən silahlara nəzarət etmək imkanına malik deyil. Komitənin qərarı Barak Obama administrasiyasının Suriyaya silah göndərmək planını həyata keçirməsini mümkünsüz edir.
Qeyd edək ki, prezident Barak Obamanın təşəbbüsü ilə iyunun 14-də ABŞ administrasiyası suriyalı müxaliflərə tank əleyhinə raket kompleksləri və bu komplekslər üçün mərmilər verilməsi barədə qərar qəbul etmişdi.