Bəşər Əsədin növbəti böyük qələbəsi
29 iyul 2013 16:37 (UTC +04:00)

Bəşər Əsədin növbəti böyük qələbəsi

 

Suriya prezidenti Bəşər Əsədə sadiq ordu bölmələri üsyançıların qalası sayılan Humus şəhərinin Halidiye məhəlləsinə nəzarəti ələ keçirib.

 

Lent.az-ın SANA agentliyinə istinadən verdiyi məlumata görə, Suriya Azadlıq Ordusu da məhəllənin böyük qisminin ordunun nəzarətinə keçdiyini təsdiqləyib, bununla belə, bəzi nöqtələrdə döyüşlərin davam etdiyini açıqlayıb.

 

Qeyd edək ki, bu, Kuseyr şəhərinə nəzarətin ələ keçirilməsindən sonra Bəşər Əsədin ikinci böyük qələbəsi sayılır. Halidiye 2011-ci ildən üsyançıların nəzarətindədir. Suriya ordusu bir ay əvvəl paytaxt Dəməşq ilə Aralıq dənizi sahilindəki bölgələr arasında koridorun təhlükəsizliyini təmin etmək üçün əməliyyata başlayıb. Bu əməliyyatın gedişində Humusun ən strateji nöqtələri üsyançıların nəzarətindən hökumətin nəzarətinə keçib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1501
avatar

Oxşar yazılar