Bəşər Əsədi sevindirən xəbər
09 iyul 2013 15:58 (UTC +04:00)

Bəşər Əsədi sevindirən xəbər

Misirin yeni hakimiyyəti Suriyada səfirliyin fəaliyyətini bərpa edəcək.

 

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Misirin Suriyadakı səfirliyi prezident Məhəmməd Mursinin hakimiyyətdə olduğu dönəmdə bağlanıb.

 

Məhəmməd Mursi və mənsub olduğu Müsəlman Qardaşları Hərəkatı Suriyada Bəşər Əsəd rejiminə qarşı çıxan müxalifləri dəstəklədiyi üçün belə addım atılıb. Ancaq hazırda Misiri idarə edən ordu rəhbərliyi fərqli mövqedədir. Bu gün Misir Xarici İşlər Nazirliyinin rəsmi saytında Misirin müvəqqəti hakimiyyətinin Suriyada səfirliyin yenidən açılması ilə bağlı qərar verdiyi barədə məlumat yer alıb. Xarici İşlər Nazirliyi bəyan edib ki, ikitərəfli münasibətlərin yaxşılaşması Suriyada yaşayan misirlilər və Misirdə yaşayan suriyalıların tələbatına bir cavabdır. Məlumatda Misir və Suriya hakimiyyətlərinin əlaqələrin bərpası barədə razılığa gəldiyi qeyd olunub. Bu, Suriya prezidenti Bəşər Əsəd üçün xoş sürpriz sayılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1677
avatar

Oxşar yazılar