“Dəməşqdə müxaliflərə atılan raket Suriya lideri Bəşər Əsədin maşın karvanına dəyib”. Lent.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bunu “Əl Ərəbiyə” televiziyasına açıqlamasında Suriya müxalifətindən olan və adı açıqlanmayan general bildirib. Onun sözlərinə görə, hadisə Əsədin bayram namazı qılmaq üçün məscidə getdiyi zaman baş verib.
“Reuters” Xəbər Agentliyinə başqa bir üsyançı qrupdan verilən məlumatda isə qeyd olunur ki, hadisə nəticəsində Əsəd xəsarət almasa da, yaxın ətrafında olan insanlardan bir neçəsi ölüb və yaralanıb.