Bəşərın əmisi korrupsiyada şübhəli bilinir
14 sentyabr 2013 07:03 (UTC +04:00)

Bəşərın əmisi korrupsiyada şübhəli bilinir

Fransanın Qeyri-Hökumət Təşkilatları Suriyadakı rejimin başçısı Bəşər Əsədin əmisi Rifat Əsədi məhkəməyə verib.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, o, mülkdən qanunsuz istifadə də şübhəli bilinir.

 

Şikayət korrupsiyaya qarşı iki təşkilatın adından edilib – «Fransa Beynəlxalq Şəffaflıq»  («Transparency International France»)  və  «Şerpa» ( «Sherpa»).

 

Rifat Əsəd 1983-cü ildə baş tutmayan devriliş cəhdindən sonra Suriyadan qaçıb. Bu müddət ərzində Avropada yaşayıb. Suriyada münaqişə başlayandan sonra ona qarşı sanksiya tətbiq edilməyib. Rifat Əsəd Avropa Birliyi ərazisində məhdudiyyət olmadan yaşaya bilər.

 

Adları çəkilən iki təşkilat iddia edib ki, Rifat Əsədin 160 milyon avroluq var –dövləti, Parisin 16-cı dairəsində onun onlarla mənzili, Val-d Uaz da bölgəsində isə 45 hektar torpaq sahəsi var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534
avatar

Oxşar yazılar