İtaliya məhkəməsi keçmiş baş nazir Silvil Berluskoniyə qarşı yeni ittiham irəli sürüb. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, yetkinlik yaşına çatmayan qızların seksual istismara cəlb edilməsi ilə bağlı ona açılan cinayət işinin şahidlərini pula ələ almaqda suçlu bilinir.
Mənbə bildirib ki, bu məsələ ilə bağlı Berluskoniyə qarşı yeni araşdırma işinə başlanılacaq.
Məhkəmənin yazılı qərarında onun üç yaxın ətrafına qarşı açılan cinayət işində onlar Berlsukoninin «bunqa-bunqa» gecələri üçün yüngül əxlaqlıları cəlb etdiklərini etiraf ediblər.
Sənəddə qeyd edilib ki, yalan ifadəyə görə şahidlərin hər birinə ayda 2500 avro verilib.
Berluskoninin vəkili ittihamları rədd edib.