Mayın 3-də İtaliyanın sabiq baş naziri Silvio Berluskoniyə içərisində güllə olan məktub göndərilib.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, poçt xidmətinin əməkdaşları məktubun içərisindəki predmetin güllə olduğundan şübhələnib və onu rentgenə göndəriblər.
Şübhə əsaslı çıxıb. Polis araşdırma aparır.