Berluskoniyə 7 il iş kəsilib
24 iyun 2013 23:27 (UTC +04:00)

Berluskoniyə 7 il iş kəsilib

Milan məhkəməsi iyunun 24-də İtaliyanın keçmiş baş naziri Silvio Berluskoniyə 7 il iş kəsib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, «həddi-büluğa çatmayanların fahişəliyə cəlb edilməsində iştirak etməkdə və vəzifədən sui-istifadə» də ittiham olunub.

 

Məhkəmənin qərarına əsasən, Berluskoni ömrünün sonunadək dövlət qurumlarında çalışa bilməz.

 

İtaliyanın hökumət başçısına qarşı məhkəmə prosesi 2011-ci ilin aprelindən başlayıb. İstintaq onu «Rubi» ləğəbli gənc mərakeşli ilə intim əlaqdə olmaqda suçlu bilirdi. Berluskoniyə pullu «xidmət edən» dövrdə onun 18 yaşı tamam olmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 788
avatar

Oxşar yazılar