Berluskoni danışdı: “Bü zülmə qarşı müqavimət göstərəcəm...”
25 iyun 2013 11:28 (UTC +04:00)

Berluskoni danışdı: “Bü zülmə qarşı müqavimət göstərəcəm...”

“Bü zülmə qarşı müqavimət göstərəcəm, çünki günahsızam”. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Milan Məhkəməsinin qərarına münasibət bildirən İtaliyanın sabiq baş naziri, parlamentdəki deputat mandatının sayına görə ikinci yerdə olan Azad Xalq Partiyasının lideri Silvio Berluskoni bəyan edib.

 

Qeyd edək ki, iyunun 24-də Milan məhkəməsi İtaliyanın keçmiş baş naziri Silvio Berluskoniyə 7 il iş kəsib. Sabiq baş nazir “həddi-büluğa çatmayanların fahişəliyə cəlb edilməsində iştirak etməkdə və vəzifədən sui-istifadə” də ittiham olunub. Məhkəmənin qərarına əsasən, Silvio Berluskoni ömrünün sonunadək dövlət qurumlarında çalışa bilməz.

 

Silvio Berluskoniyə qarşı məhkəmə prosesi 2011-ci ilin aprelindən başlayıb. İstintaq onu “Rubi” ləqəbli gənc mərakeşli ilə intim əlaqdə olmaqda suçlu sayır. Silvio Berluskoniyə pullu “xidmət edən” dövrdə onun 18 yaşı tamam olmayıb. 

 

Silvio Berluskoni isə deyib ki, İtaliyanı azad və ədalətli bir ölkəyə çevirmək uğrunda mübarizəsindən heç bir şəkildə vaz keçməyəcək. Onun sözlərinə görə, bu qərar tək məhkəmə, ədalət sistemi baxımından pis bir səhifə deyil, həm də italyanlara həqarət anlamına gəlir. Silvio Berluskoni onu məhz İtaliya siyasi səhnəsindən uzaqlaşdırmaq üçün belə bir qərar verildiyinə qəti əmin olduğunu vurğulayıb.

 

Silvio Berluskoninin oğlu Pier-Silvio Berluskoni də atasının məhkəmə prosesi dönəmində  daha çox danışmamağa üstünlük verdiyinə diqqət çəkib və məhkəmənin qərarını çox sərt sayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 892

Oxşar yazılar

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu

Müəllim bu fotolarına görə işdən qovuldu

17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu:  bunu necə etdi?

Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?

17 iyul 2025 , 17:34