Almaniyada yeni etiraz aksiyalarından sonra Berlin divarlarının qalan hissəsində sökmə işləri dayandırılıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə,22 metrlik divar yaxınlığında lüks tipli mənzillərin tikilməsi planlaşdırılıb.
Bununla belə tikinti şirkəti bildirib ki, divarın sökülməsini dayandırıb və güzəştə getməyə hazırdır.
Xatırladaq ki, bu divar «soyuq savaş» illərində Berlini Şərq və Qərb hissələrinə bölürdü.