Liviyanın Benqazi şəhərindəki konsulluğuna basqında iştirak edənləri saxlanılmasına, yaxud ittiham olunmasına yardım edənlərə ABŞ-ın Dövlət Departamenti 10 milyon dollar mükafat verəcəyini boyun olub.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, qurumun təmsilçisi bildirib ki, hakimiyyət bu mükafatı cari ilin yanvarında təyin etsə də, istintaqın maraqları baxımından rəsmi şəkildə elan etməyib. Bu haqda yalnız terror aktı ilə bağlı hakimiyyətə yardım etmək imkanı olanlara məlumat verilibmiş.
Xatırladaq ki, 2012-ci ilin sentyabrında ABŞ-ın Benqazidəki konsulluğu atəşə tutulmuş, ölkənin Liviyadakı səfiri Kris Stivens və diplomatik missiyanın daha üç əməkdaşı öldürülmüşdü.