Fransadakı ağır vergi şərtlərindən qaçan Jerar Depardyenin işi çox asan və sürətlə həll olundu. Ona Rusiya vətəndaşlığı verildi. Üstəlik ölkənin bir neçə yerində ev bağışladılar.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, «Kenzo», «Hublot», «Louis Vuitton», «Moet Hennesy» kimi tanınmış şirkətlərin yiyəsi, Fransadakı vergidən qaçan, milyader Bernar Arnoya Belçika vətəndaşlıq pasportu verməyib. Rəsmi Brüssel artıq ikinci dəfədir onun bu istəyini təmin etmir.
Onun yenidən bu niyyətlə müraciət edəcəyi gözlənilir. Belçikada vətəndaşlıq məsələsinə apreldə baxılacaq.
Məlumata əsasən, onun 41 milyard avroluq mal-mülkü var.