Banqladeşdə etiraz aksiyası: 3 nəfər həlak olub
17 iyul 2013 00:18 (UTC +04:00)

Banqladeşdə etiraz aksiyası: 3 nəfər həlak olub

Banqladeşdə «Camaat-i islami» İslam Partiyası liderinə kəsilmiş işə kütləvi etiraz aksiyası zamanı odlu silahdan açılan atəş nəticəsində üç nəfər həlak olub.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, partiyanın lideri Qulam Əzəm 1971-ci ildə Banqladeşin müstəqilliyi uğrunda  Pakistanla savaş zamanı «kütləvi qətllər və zorakılıqda» ittiham edilərək, 90 il azadlıqdan məhrum olunub.  

 

O, 1969-2000-ci illərdə adı çəkilən partiyaya başçılıq edib.

 

91 yaşlı siyasi liderin əleyhdarları isə onun edamını istəyirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358
avatar

Oxşar yazılar