Kabardin-Balkar Respublikasının Baksan rayonunda əldəqayırma partlayıcı qurğunu işə salanı polis axtarır.
Lent.az-ın «İnterfaks»-a istinadən məlumatına görə, hadisə gecə saatlarında rayonun Duquluqbəy kəndində baş verib.
Polisin bildirdiyinə əsasən, xəsarət alan olmayıb.
Mənbə bildirib ki, partlayıcı qurğu polis avtomobili həmin yerdən keçərkən partlamalı imiş. Ancaq həmin vaxt naməlum şəxslər polisə atəş açdığından onlar güllə atılan tərəfə doğur hərəkət edib.