İyulun 2-də İraqın paytaxtı Bağdadda və şəhərin çeşidli rayonlarında bir neçə terror aktının törədilməsi nəticəsində 54 nəfər həyatını itirib.
Lent.az-ın «Röyter»ə istinadən məlumatına görə, əvvəllər həlak olanların sayının 15 nəfər olduğu barədə xəbər yayılmışdı.
Bu hücumların birində terrorçu-intiharçının yas mərasimində özünü partlatması nəticəsində 27 nəfər həlak olub.
Son 3 ayda 2500 adam törədilən belə terror aktları sonucunda həyatını itirib.