İraqın paytaxtı Bağdadda terrorçular tərəfindən bir neçə partlayış törədilib.
APA-nın “Euronews” kanalına istinadən verdiyi məlumata görə, partlayışlar nəticəsində 42 nəfər həlak olub, 100-dən çox insan xəsarət alıb.
Partlayışdan biri Bağdadın şimalında yerləşən avtovağzal yaxınlığında, digər terror aktları isə şəhərin “yaşıl zonası” da daxil olmaqla müxtəlif rayonlarında gerçəkləşdirilib.
Terrorçuların bu hücumları İraqın baş naziri Nuri əl-Malikinin silahlı qruplaşmalara qarşı əməliyyatların davam edəcəyi barədə açıqlamasından sonra baş verib.
Qeyd edək ki, təhlükəsizlik hələ də İraqda ciddi problemlərindən olaraq qalır. İlin əvvəlindən bu ölkədə 4 mindən çox insan həlak olub.