İraqda, Bağdadın mərkəzində Dəclə çayındakı üzən məşhur restoran batıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, 5 nəfər həlak olub, üç nəfərin isə itkin düşdüyü bildirilib.
Yerli hakimiyyətin məlumatına əsasən, olay baş verən zaman restorandan yüzə yaxın adam olub.
Bu iaşə müəssisəsi Livandan olan iş adamına məxsus imiş.
Hələlik hadisənin baş vermə səbəbi ilə bağlı açıqlama verilməyib.