Azərbaycanlılara məxsus ən böyük bazar bağlandı, hamı təlaşda
07 noyabr 2013 11:25 (UTC +04:00)

Azərbaycanlılara məxsus ən böyük bazar bağlandı, hamı təlaşda

Rusiyanın Tver vilayətində azərbaycanlılara məxsus ən böyük meyvə-tərəvəz bazarının fəaliyyətinin dayandırılmasına qərar verilib. Lent.az-ın məlumatına görə, bu barədə noyabrın 1-də mərkəzi rayon məhkəməsi hökm çıxarıb.

 

Məlumata görə, Rusiyanın İstehlak Nəzarəti Komitəsinin bazarda apardığı plandankənar yoxlamalar nəticəsində sanitar-epidemioloji qanunvericilik qaydalarının kütləvi kobudluqla pozulduğu müəyyənləşib. Lakin məhkəmənin hökmü icra edilmədiyindən, bazar bir neçə gün də işləyib. Sutka ərzində bütün meyvə-tərəvəz anbarlarının bağlanacağına dair xəbərdarlıq etmək üçün şəhər məhkəməsinin nümayəndələri bazara gəliblər. Amma rəhbərlikdən heç kim yerində olmayıb. Bazanın direktoru Osmanov Lətif İsa oğlu təcili məzuniyyətə çıxıb, onun Binnətov soyadlı müavini Moskvada olub, bazarın inzibati binasının qapısı isə qıfıllanıb.

 

Hazırda bazarda çalışan həmyerlilərimiz nə edəcəklərini bilmirlər. Onlara bazarın anbarlarında qalan mallarını götürməyə də imkan yaradılmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6133

Oxşar yazılar

Tramp Elon Maskı sərt tənqid etdi

Tramp Elon Maskı sərt tənqid etdi

7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq”  əməliyyatı həyata keçirdi

İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi

7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

6 iyul 2025 , 18:36
İlon Mask, amerikalı iş adamı

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB

6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal

Çin və Aİ arasında yeni qalmaqal

6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı

Qonşu ölkədə təyyarə qəzaya uğradı

6 iyul 2025 , 09:49