Azərbaycan sərhədində “Salman” ləqəbli təhlükəli terrorçu saxlanılıb
25 iyun 2013 16:03 (UTC +04:00)

Azərbaycan sərhədində “Salman” ləqəbli təhlükəli terrorçu saxlanılıb

Tatarıstanda gizli fəaliyyət göstərən “İslam Camaatı” qruplaşmasının aktiv üzvlərindən “Salman” ləqəbli İlnur Ahmatşin Dağıstan-Azərbaycan sərhədində, Yaraq-Kazmalar sərhəd-keçid məntəqəsində saxlanılıb.

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, İlnur Ahmatşin 2000-ci illərin ortalarında çeçen səhra komandirlərinin tapşırığı ilə Tatarıstanda strateji obyektlərdə partlayışlar törədib və 8 il başqa soyadla gizlənib.

İlnur Ahmatşin Mahaçqala-Bakı avtobusunda pasport yoxlaması zamanı saxlanılıb. Onun pasportuna foto-şəklin kustar üsulla yapışdırılması sərhədçilərin diqqətini çəkib.

Qeyd edək ki, İlnur Ahmatşin 2003-cü ildə radikal “İslam Camaatı” qruplaşmasının sıralarına daxil olub və az sonra çeçen səhra komandirləri Şamil Basayev və Əmir Xəttabın təklifi ilə silahlı dəstə yaradıb. Dəstəyə Volqaboyundakı sənaye obyektlərində diversiya əməliyyatları həyata keçirmək tapşırılıb. Dəstə 2004-2005-ci illərdə 6 strateji obyektdə partlayış törədib. Məsələn, dəstə 2005-ci ilin iyununda Tatarıstanın Tyulyaçinsk rayonunun Nırsı kəndi yaxınlığındakı yüksək gərginlik elektrik xəttini dağıdıb. Daha sonra Kirov vilayətində Urenqoy-Pomar-Ujqorod  magistral qaz kəmərini və Tatarıstanın Pesçanye Kovali kəndi yaxınlığından keçən neft kəmərini sıradan çıxarıb. İlnur Ahmatşin bu əməliyyatların hamısında şəxsən iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2151
avatar

Oxşar yazılar