APA-nın xəbərinə görə, bu barədə Azad Suriya ordusunun “Şuhədai-Duma” briqadasının generalının “youtube”-də yayılan müraciətində bildirilir.
Briqada generalı müraciətində deyib ki, əgər Bəşər Əsəd ölməyibsə, 12 saat ərzində sağ qaldığını ekran qarşısına çıxıb sübut etsin: “Bu xəbər Əsədin tabeçiliyində olan zabit və əsgərlər üçündür. Özünüzü Azad Suriya ordusuna təslim edin, yoxsa bu andan sonra sizə rəhm etməyəcəyik. Biz söz veririk ki, kim təslim olarsa, ədalətlə mühakimə olunacaq. Siz kimin üçün döyüşürdünüzsə, o, artıq qətlə yetirilib. Əmin olun ki, Azad Suriya ordusunda vuruşan qardaşlarınız sizin həyatınızın təminatçısıdırlar, buna görə də, öz mövqelərinizi boşaldaraq tərk edib Azad Suriya ordusuna təslim olmağınız üçün sizə bu xəbər elan olunan vaxtdan etibarən 3 gün vaxt verilir, bu, son xəbərdarlıqdır”.
O, daha sonra müraciətində Azad Suriya ordusuna xitab edərək “Biz uzun bir döyüş yolu keçdik, bunun üçün sona qədər, ölkədə tam təhlükəsizlik və sabitlik bərqərar olunanadək davam etməniz xahiş olunur”, deyə bildirib.