Bu gün səhər saatlarında Pakistanda sərnişin avtobusu qatarla toqquşub.
Lent. az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Şeyxupur şəhərində baş verib.
Avtobus sürücüsü qatarın yaxınlaşmasına və semaforun xəbərdarlıq siqnalına baxmayaraq, dəmiryol xəttini keçməyə çalışıb. Ancaq sürücü idarəetməni itirib və avtobus dəmiryol xəttini keçə bilməyib, 16 nəfər ölüb. Ölənlər arasında qadın və uşaqlar var.