Avropada nanəli siqaret qadağan olunur
01 avqust 2013 14:54 (UTC +04:00)

Avropada nanəli siqaret qadağan olunur

 

Avropa Birliyinə üzv ölkələrin səhiyyə nazirləri Lüksemburqda keçirdikləri toplantıda nanəli siqaretlərin qadağan olunması məsələsində yekdil rəyə gəliblər.

 

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Avropa Birliyi Xalq Sağlamlığı Komitəsi tərəfindən qəbul edilən qərar Avropa Parlamentinin sentyabrın 10-da Strasburqda keçiriləcək toplantısında müzakirəyə çıxarılaraq qəbul ediləcək.

Avropa Birliyi Xalq Sağlamlığı Komitəsi eyni zamanda tütün məhsullarına müxtəlif qoxu, dad, vitamin, kafein və taurin əlavə edilməsinə qadağanı da zəruri sayıb. Qərarda siqaret qutuları üzərində bir tütün məhsulunun digərindən daha az zərərli olmasına işarə edən ifadələrin də yer alması qadağan olunub. Tütün məhsullarının qutuları üzərində tütünün insan sağlamlığı üçün zərərli olması barədə xəbərdarlıqlar qutunun 75 faizini əhatə etməlidir.

Qeyd edək ki, araşdırmalar gənclərin nanəli siqaretlərdən daha çox istifadə etdiyini, həm də bu siqaretləri tərgitməyin daha çətin olduğunu üzə çıxarıb. Elə bu səbəbdən ABŞ Qida və Dərman İdarəsi də nanəli siqaretlərlə bağlı məhdudiyyətlərin tətbiqinin gündəmdə olduğunu bəyan edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 906
avatar

Oxşar yazılar