Ukraynada milislə avrointeqrasiyanı dəstəkləyən mitinqçilər arasında toqquşma baş verib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, aksiya iştirakçıları Kiyevdə, mitinq keçirilən Avropa meydanıı yaxınlığında şübhəli maşının aşkarlayıb.
Qeyri-rəsmi məlumata əsasən, bu avtomobildə quraşdırılmış qurğu vasitəsi ilə aksiya iştirakçıları izlənilir və dinlənilir.
Müxalifət təmsilçiləri bu məsələni açıqlama səy göstərərkən, xüsusi təyinatlı «Berkut»un döyüşçüləri ilə əlbəyaxa dava başlayıb.
Xəsarət alanlar arasında deputatlar da var.
Mənbə bildirib ki, milis Avropa meydanına əlavə qüvvə yeridir.