İsrail Avropa Birliyinin təmsilçilərini Qəzza zolağına buraxmaqdan imtina edib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu haqda «Röyter» agentliyi məlumat yayıb.
Diplomatların sözlərinə əsasən, bu müdafiə naziri Moşe Yaalonun yeni qərarı ilə bağlıdır. Həmin qərara görə, AB-nin Qəzza zolağı ilə İordan çayının Qərb sahilini əlaqələndirməsi dayandırılıb.
Yaalonun qərarı həm də yəhudilərin yerləşdirildiyi yeni tikililərə - İude, Samariya, Şərqi Qüds və Hollan təpələrindəki dövlət və özəl təşkilatlara maliyyə yardımı edilməsinin, qrantların ayrılmasının, mükafatların verilməsinin Avropa Birliyinin dayandırmasına bir cavabdır.
AB-nin ali komissarı Ketrin Eşton İsrail hökumətindən bu yeni siyasəti ilə bağlı izahat istəyib.