Avropa Şurası Parlament Assambleyası (AŞPA), «Xartiya-77» və Çexiyanın keçmiş prezidenti Vatslav Qavel kitabxanası ilə birlikdə insan haqlarını müdafiəsi üzrə Vatslav Qavel mükafatı təsis edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, «Xartiya -77» və kitabxana hələ 2011-ci ilin dekabrında Qavel vəfat etdikdən sonra insan haqları sahəsində fəaliyyət göstərənlər üçün belə bir mükafat təsis etmək niyyətində olduqlarını bildirmişdi.
Xatırladaq ki,,V.Qavel 1989-92-ci illərdə Çexoslavakiyanın sonuncu, 1993-2000-ci illərdə isə Çexiyanın ilk prezidenti olub.