Argentinada 5 ballıq yeraltı təkan
14 iyul 2013 03:09 (UTC +04:00)

Argentinada 5 ballıq yeraltı təkan

İyulun 14-də Bakı vaxtı ilə 2.36-da Argentinanın şimal-qərbində 5 ballıq zəlzələ olub. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda ABŞ-ın Geoloji xidmət mərkəzi xəbər yayıb.

 

Yeraltı təkanların mərkəzi Ualfin şəhərindən 28 km şərqdə olub.

 

Qurbanlar və dağıntı haqda açıqlama verilməyib. Sunnami təhlükəsi də elan olunmayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 359
avatar

Oxşar yazılar