Rusiya bölgədəki “dondurulmuş münaqişələr”dən öz geosiyasi və iqtisadi maraqları naminə istifadə etmək əvəzinə, bölgədə siyasi və iqtisadi sabitliyə konstruktiv töhfə verməlidir”
“Rusiya Avropa Birliyi ilə assosiasiya sazişi imzalayıb-imzalamamaq məsələsində “Şərq tərəfdaşlığı” ölkələrinin hüquqlarına və seçiminə hörmət etməlidir”. APA-nın xəbərinə görə, bu barədə Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyası çərçivəsində qəbul olunan qətnamədə deyilir.
Qətnamədə bildirilir ki, Rusiya Vilnüsdə keçiriləcək “Şərq tərəfdaşlığı” sammitində AB ilə saziş imzalamağa və ya paraflamağa hazırlaşan ölkələrə qarşı qəbuledilməz təzyiqlərdən vaz keçməlidir. AP üzvləri Moskvanı müstəqil ölkələrin suverenliyinə hörmət göstərməyə və beynəlxalq hüquqa uyğun olaraq onların daxili işlərinə qarışmamağa çağırıb. Onlar hesab edirlər ki, “Şərq tərəfdaşlığı” ölkələri öz seçimləri əsasında istədikləri tərəfdaşlarla əlaqələr qurmaq hüququna malikdir: “Rusiya bölgədəki “dondurulmuş münaqişələr”dən öz geopolitik və iqtisadi maraqlarına uyğun istifadə etmək əvəzinə, bölgədə siyasi və iqtisadi sabitliyə konstruktiv töhfə verməli və əməkdaşlıq yolunu seçməlidir”.
Qətnamədə qeyd olunur ki, AB Rusiyanın təzyiqinə məruz qalan və AB Şurası ilə Avropa Komissiyasını onlara dəstək üçün konkret effektiv tədbirlər görməyə çağıran “Şərq tərəfdaşlığı” ölkələrinin müdafiəsinin məsuliyyətini öz üzərinə götürməlidir.