Ötən gün AKP qərargahına və Ədalət Nazirliyinə hücum olub. Lent. az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bununla bağlı Ankara Təhlükəsizlik xidməti “DHKP-C” terror təşkilatına qarşı səhər saatlarında əməliyyat keçirib. Əməliyyat təhlükəsizlik xidməti əməkdaşları və polislər tərəfindən eyni vaxtda 21 ünvanda baş tutub. Nəticədə adı çəkilən terror təşkilatının məsul şəxsi həbs olunub.
Qeyd edək ki, əməliyyat axtarış tədbirləri nəticəsində 9 təşkilat üzvü ilə yanaşı, terrorçulara məxsus bir neçə mühüm sənəd də ələ keçirilib.