NATO-nun təşəbbüsü ilə İsrail və 6 ərəb dövləti xarici işlər nazirləri görüşünün bərpasını rəsmi Ankara və Qahirə dəstəkləməyib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, «Aralıq dənizi dövlətlərinin dialoqu» adlanan bu layihə 2008-ci ilədək davamlı olaraq keçirilib.
Türkiyədə çıxan «Hürriyyət» qəzeti NATO-dakı mənbəyinə əsaslanaraq, bildirib ki, qurumun baş katibi Andres Rasmussen bu görüşü aprelin 23-də keçirilməsini planlaşdırıb. Ancaq Türkiyə tərəfi belə görüşün keçirilməsinin vaxtı çatmadığını əsas göstərərək, təklifdən imtina edib.
Layihəyə 2004-cü ildən İsrail, Misir, Mərakeş, Tunis, Mavritaniya, Əlcəzair və İordaniyanın iştirakı ilə gerçəkləşdirilməyə başlanılıb. Xarici işlər nazirlərinin sonuncu görüşü 2008-ci ildə olub.