Almaniyanın kansleri Angela Merkel orta əsr şəhəri Zeligenştadtda keçirdiyi mitinqlə öz seçkiqabağı kampaniyasına başlayıb.
Lent.az-ın «BBC»-ə istinadən məlumatına görə, mitinqə minə yaxın şəhər sakini toplaşıb.
Merkel toplaşanları əmin edib ki, dövlət etibarlı əllərdədir və Almaniya böhranı addayıb, millətin gələcək çiçəklənməsi təmin olunub.
Almaniyada ümümxalq səsverməsinə 5 həftə qalıb. Merkelin başçılıq etdiyi mühafizəkarlar müxalifətdə olan Sosial-Demorkratlar Partiyası üzərindəki üstünlüyü qoruyub saxlayır.